Göyçayda azyaşlını maşın vurub öldürdü 

16:26 02.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Elçin Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Göyçay şəhəri ərazisində  hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub. Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb. 

 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.